Naxçıvan Dövlət Universitetinin “NSUTECH” komandası “Robotex Türkiyə - 2023” Festivalının qalibi olub.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika festivalı olan “Robotex” turnirləri bu il Türkiyənin Antalya şəhərində keçirilib.
Türkiyə, Estoniya, İran və digər ölkələrin komandalarının iştirak etdiyi turnirlərdə Azərbaycanı təmsil edən Naxçıvan Dövlət Universitetinin 5 nəfərlik heyəti birinci yerə çıxıb.
Estoniyada keçiriləcək Dünya Robot Festivalında ölkəmizi Naxçıvan Dövlət Universitetinin komandası təmsil edəcək.
