satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyası təqdim olunub - FOTOLAR

“Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyası  təqdim olunub<font color=red> - FOTOLAR</font> “Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyası  təqdim olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” monoqrafiyasının təqdimatı keçirilib. 

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, monoqrafiyanın müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovdur.

Kitabın təqdimatında ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev əsərin Naxçıvanda dünyaya göz açmış təsviri sənət ustalarının yaradıcılıq axtarışlarına həsr olunduğunu deyib.

Təqdimata onlayn qoşulan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev  monoqrafiyanın əsas məzmununu Azərbaycanın sovetləşməsindən sonra Naxçıvanda baş verən bədii proseslərin iştirakçısı olan rəssam və heykəltəraşların əsərlərinin təhlili ilə bağlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Xalq rəssamı, Təsviri incəsənət kafedrasının professoru Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin çıxışları dinlənilib.

Bildirilib ki, monoqrafiya təsviri sənət həvəskarları, rəssam və sənətşünaslar üçün nəzərdə tutulub. Çıxış edənlər həmçinin Bəhruz bəy Kəngərlinin adı ilə bağlı olan Naxçıvanda təsviri sənətin özünəməxsus inkişaf dinamikası haqda məlumat verib, rəssama bundan sonrakı yaradıcı və elmi fəaliyyətində uğurlar arzu ediblər.

Monoqrafiyanın elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevdir.

Səadət Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM