satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Xarıbülbül əkiləcək

Naxçıvanda Xarıbülbül əkiləcək

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti laboratoriyasında Xarıbülbül bitkisi fitosanitar analizlərə cəlb olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, fitosanitar analizlərin aparılmasında laboratoriya mütəxəssisləri ilə birgə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova da iştirak edib. Analizlər nəticəsində zərərli orqanizmlər aşkar edilməyib.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xarıbülbülün əkilməsi ilə bağlı elmi-tədqiqat işləri aparılacaq, bitkinin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşıb-uyğunlaşmaması dəyərləndiriləcək.

Məqsəd Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Naxçıvan Muxtar Respublikasının florasını zənginləşdirməklə yanaşı, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşatmaq, Azərbaycan ordusunun Zəfər simvolunun nəsildən-nəsilə ötürülməsini təmin etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM