satellite   Azerspace-1: 11135 H 30000

Rəsədxana: Kosmik hava mayın 10-dək qeyri-sabit olacaq

Rəsədxana: Kosmik hava mayın 10-dək qeyri-sabit olacaq

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş aktivliyi artıb. Hazırda Günəşin səthində 5 ləkə qrupu və 99 ləkə var. Bəzi ləkələr mərkəzi meridiana yaxınlaşdığından kosmik havanın aktiv olacağı gözlənilir.

Mayın 4-də baş vermiş tac kütlə atılmasının təsiri ilə mayın 6-dan geomaqnit qasırğası başlayıb, G2 səviyyəsinə kimi yüksəlib və hazırda davam edir.

Proqnoz günlərində C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif isə 15 faiz təşkil edir.

Növbəti günlərdə qasırğanın G3 (güclü) səviyyəsinə qədər yüksəlmək ehtimalı var. Ümumilikdə isə kosmik hava mayın 10-dək qeyri-sabit olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM