satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvan Muxtar Respublikasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirib.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun Naxçıvan televiziyası İnformasiya Agentliyinə verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar Naxçıvan şəhər 5, 14 və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilib. Naxçıvanda keçirilən imtahanda 928 nəfər iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM