satellite   Azerspace-1: 11135 H 30000

Sertifikasiyadan kəsilən müəllimlər üçün iyul-avqust aylarında təkrar imtahan keçiriləcək

Sertifikasiyadan kəsilən müəllimlər üçün iyul-avqust aylarında təkrar imtahan keçiriləcək

“Ötən il keçirilən sertifikasiya imtahanlarında uğur qazanmayan 2 800 müəllim üçün təkrar imtahanların iyulun sonu avqustun əvvəli keçirilməsi planlaşdırılır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, həmin müəllimlər üçün keçirilən təlimlər tam başa çatmalıdır.

E.Bağırov diqqətə çatdırıb ki, bu gündən etibarən builki imtahanlarda ilk dəfə iştirak edəcək müəllim namizədlərə bildirişlər göndəriləcək: “Onların arasında Azərbaycan dili və ədəbiyyatı, eləcə də ötən il regionlardakı məktəblərdə çalışan ibtidai sinif müəllimləri var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM