satellite   Azerspace-1: 11135 H 30000

NDU tələbəsi beynəlxalq festivalda birinci yerin qalibi olub - FOTOLAR

NDU tələbəsi beynəlxalq festivalda birinci yerin qalibi olub<font color=red> - FOTOLAR</font> NDU tələbəsi beynəlxalq festivalda birinci yerin qalibi olub<font color=red> - FOTOLAR</font>

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata əsasən, Rumıniyanın İaşi şəhərində keçirilən dünya universitetlər arası “International Events” (Beynəlxalq Tədbirlər) festivalında 23 ölkə arasından Naxçıvan Dövlət Universitetini təmsil edən, tədrisi ingilis dilində aparılan İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Məmmədəli İsmayıllı I yerin sahibi olub.

Festivalda iştirakçıların dil biliyi, eyni zamanda mənimsədiyi dillərin mədəniyyəti haqqında bilikləri yoxlanılıb. Azərbaycan, türk, Koreya və özbək dillərini mükəmməl şəkildə bilən Məmmədəli İsmayıllı Azərbaycan və Naxçıvan Dövlət Universiteti haqqında təqdimat edərək, dinləyiciləri heyrətləndirməyi bacarıb və I yerə layiq görülüb.

Tədbirin məqsədi ümumi iş məkanının yaradılması, tərəfdaşlar arasında əlaqələrin gücləndirilməsi, tədris və elmi tədqiqatlar sahəsində yeni əməkdaşlıqların əsasının qoyulması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM