satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb - FOTOLAR

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumlara işə qəbul üçün keçirilən müsabiqənin müsahibə mərhələsi başlayıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə məlumat verilib.  Bildirilib ki, bu mərhələdə 5 üzvdən ibarət komissiya tərəfindən namizədin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılır.

Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Nazirliyə təqdim olunur.

Qeyd edək ki, 345 vakant vəzifənin çıxarıldığı müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 192 namizəddən 138-i imtahanda iştirak edib. 90 namizəd keçid balını toplayıb. 45 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak hüququ qazanıb. Ən sıx müsabiqə vəziyyəti Naxçıvan Dövlət Filarmoniyası üzrə yaranıb ki, burda müxtəlif vəzifələrin tutulması üçün 33 namizəd mübarizə aparacaq.

Müsahibə mərhələsi mayın 25-ə qədər davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM