satellite   Azerspace-1: 11135 H 30000

AMEA Naxçıvan Bölməsində “Axtarışlar” jurnalının yeni nömrəsi nəşr olunub

AMEA Naxçıvan Bölməsində “Axtarışlar” jurnalının yeni nömrəsi  nəşr olunub

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının 2023-cü il üzrə ilk sayı çapdan çıxıb.

Bölmənin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, jurnalın  bu sayında ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələri üzrə 50-dən artıq tədqiqatçının müxtəlif mövzulu məqalələri verilib.

Jurnalda “Qazax türklərinin milli oyanış və özünüdərk prosesində Miryaqub Dulatovun rolu”, “Azərbaycan romantiklərinin ədəbi-nəzəri irsində Türk ədəbiyyatı problemləri”, “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında Şirin obrazının türk epos ənənələri çərçivəsində təhlili”, “Britaniyada məskunlaşan xalqlar və onların ölkənin toponimik adlar sisteminə təsiri”, “Dillərin tədqiqinə kontrastiv yanaşma”, “Mədəniyyətlərarası kommunikasiyanın metod və üsulları”, “Himnin və marşın öyrənilməsi milli-mənəvi dəyərimiz kimi”, “Naxçıvanın qobelen rəssamları”, “Müasir dövrün musiqi formaları”, “Türk dilləri probleminin öyrənilməsində yeni səhifə” və başqa mühüm aktuallıq kəsb edən məqalələr yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM