satellite   Azerspace-1: 11135 H 30000

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib

DİM xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün vəsait çap edib

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən Jurnalistika və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyənlər üçün vəsait çap edib.

DİM-dən Naxçıvan televiziyası-a bildirilib ki, vəsaitdə ixtisasların xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, abituriyentlərin yazacaqları inşaya (esseyə) qoyulan tələblər, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, bir sözlə, bu ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Aşağıdakı istiqamətlər üzrə vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

- Təsviri sənət və memarlıq

- Musiqi sənəti

- Teatr, kino və xoreoqrafiya sənətləri

- Bədən tərbiyəsi və idman

- Jurnalistika, İslamşünaslıq

Vəsaitləri “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM