satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 68 nəfərə elmi dərəcə verilib

Ötən ay 68 nəfərə elmi dərəcə verilib

May ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından Naxçıvan televiziyası-a bildirilib ki, ötən ay 49 nəfərə fəlsəfə doktoru, 13 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə imtina cavabı gəlib.

May ayı ərzində 26 nəfərə dosent, 6 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 1 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 5 nəfərə fəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru adı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM