satellite   Azerspace-1: 11135 H 30000

DİM Naxçıvanda IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirib

DİM Naxçıvanda IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirib

İyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər informatika fənni üzrə imtahan veriblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun Naxçıvan televiziyası-a verdiyi məlumata görə, imtahanlar saat 10:00-da başlanıb.

Naxçıvan şəhərindəki 11 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunan imtahanlar 32 zalda keçirilib. İmtahanların keçirilməsinə 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub, 371 abituriyent iştirak edib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM