Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir.
Naxçıvan televiziyası xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.
