satellite   Azerspace-1: 11135 H 30000

2023/2024-cü tədris ili 15 sentyabrda başlayır, 14 iyunda başa çatacaq

2023/2024-cü tədris ili 15 sentyabrda başlayır, 14 iyunda başa çatacaq

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM