Naxçıvan televiziyası xəbər verir ki, Culfa rayonunda yeni tədris ili ərəfəsində sosial qayğıya ehtiyacı olan 15 şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib.
Çıxış edənlər şagirdlərə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırıb, yüksək nailiyyətlər arzulayıblar.
Vətən müharibəsi iştirakçısı Rza Əlirzayev uşaqlara göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.
