satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 136 gənc müəllim pedaqoji fəaliyyətə başlayır - FOTOLAR

Naxçıvanda 136 gənc müəllim pedaqoji fəaliyyətə başlayır<font color=red> - FOTOLAR</font> Naxçıvanda 136 gənc müəllim pedaqoji fəaliyyətə başlayır<font color=red> - FOTOLAR</font> Naxçıvanda 136 gənc müəllim pedaqoji fəaliyyətə başlayır<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Ovni Muradov görüşdə çıxış edərək  bildirib ki, 2023-2024-cü tədris ili üçün müsabiqəyə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb. 3-14 iyul tarixlərində keçirilən işə qəbul imtahanlarında 966 namizəd keçid balını toplayıb. Onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqlar.

Nazir müavini vurğulayıb ki, ucqar dağ kəndlərində yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən bəziləri şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər. Belə ki, işə qəbul edilənlərdən 36-sı stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib.

Qeyd olunub ki, işə qəbul olunan müəllimlər üçün senytabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-tədris Mərkəzində 3 günlük “İnnovativ müəllim” təlimi də keçirilib.

Ovni Muradov gənc müəllimləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Gənc müəllimlərdən Aygül Rzayeva işlə təmin olunmalarına və göstərilən diqqətə görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra “İnnovativ müəllim” təlimində iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM