satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2026: Açılış və final matçının keçiriləcəyi stadionlar bəlli olub

DÇ-2026: Açılış və final matçının keçiriləcəyi stadionlar bəlli olub

DÇ-2026 final mərhələsinin ilk və son oyunlarının keçiriləcəyi yerlər bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti açıqlama yayıb.

Açılış matçı iyunun 11-də Meksikanın paytaxtı Mexikodakı məşhur “Asteka” Stadionunda (83 000 tamaşaçı) keçiriləcək.

Mundialın final oyununa isə ABŞ ev sahibliyi edəcək. İyulun 19-na planlaşdırılan matç Nyu-Cersidəki “Metlife” (82 500 tamaşaçı) stadionunda oynanılacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM