satellite   Azerspace-1: 11135 H 30000

Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” son çempionu məğlub edib

Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” son çempionu məğlub edib

Minifutbol üzrə Azərbaycan çempionatında IX tura start verilib.

Naxçıvan televiziyası xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Turun mərkəzi matçında “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gəliblər. İtkisiz irəliləyən “Zirə”ni son çempion da büdrədə bilməyib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 27-yə yüksəldərək, liderliyini bir qədər də möhkəmlədib.

“Real Bakı” üzərində qələbə qazanan “Odlar Yurdu” 21 xalla “Birbaşa Bakı” ilə 2-3-cü yerləri bölüşdürür.

Azərbaycan çempionatı

IX tur

“Veteran” – “Aznur” 4:8

“Real Bakı” – “Odlar Yurdu” 3:6

“Zirə” – “Birbaşa Bakı” 4:1

“Siyəzən” – “Turan” 2:3

Qeyd edək ki, turun digər görüşləri bu gün keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM