satellite   Azerspace-1: 11135 H 30000

AFFA Premyer Liqa oyunları ilə bağlı cəzaları açıqlayıb

AFFA Premyer Liqa oyunları ilə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib. Matçın 66-cı dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə görən Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

“Sabah” – “Turan Tovuz” matçı bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə olunub.

“Turan Tovuz” klubu isə azarkeşlərinin sındırdığı 6 ədəd oturacağa görə stadiona dəymiş zərəri qarşılayacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM