satellite   Azerspace-1: 11135 H 30000

"Beşiktaş" klubu baş məşqçisi ilə bağlı qərar verib

"Beşiktaş" klubu baş məşqçisi ilə bağlı qərar verib

Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi Fernandu Santuşun taleyinə aydınlıq gəlib.

Naxçıvan televiziyası  yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.

İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Superliqanı üçüncü sırada başa vursa, Santuş komandada qalacaq.

Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında "Ankaragücü" ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM