satellite   Azerspace-1: 11135 H 30000

"Spartak"ın futbolçusu "Neftçi" ilə oyunu buraxacaq

"Spartak"ın futbolçusu "Neftçi" ilə oyunu buraxacaq

Rusiyanın "Spartak" klubunun futbolçusu Teo Bonqonda Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Naxçıvan televiziyası “Metaratings” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı vinger hələ də ümumi qrupda məşqlərə qatılmayıb.

Belçikalı oyunçudan başqa, demək olar ki, bütün futbolçuların "ağ-qaralar"a qarşı oynamağa hazır olduğu bildirilib.

Moskva təmsilçisi martın 22-nə kimi Tarasovkadakı bazada sözügedən matça hazırlaşacaq. Gilyermo Abaskalın baş məşqçisi olduğu kollektiv burada mini təlim-məşq toplanışı keçəcək.

Qeyd edək ki, martın 23-də reallaşacaq "Neftçi" - "Spartak" görüşü saat 18:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM