satellite   Azerspace-1: 11135 H 30000

Rusiya boksçuları Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər

Rusiya boksçuları Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər

Rusiya boksçuları Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının (RBF) baş katibi Tatyana Kiriyenko bildirib.

RBF rəsmisi rusiyalı boksçuların beynəlxalq yarışlara neytral statusda getməsinin mümkünsüz olduğunu vurğulayıb: "Rusiya boksçuları heç vaxt bitərəf statusda yarışlara getməyəcəklər. Biz Vətənimizə xəyanət edə bilmərik! Heç kimi qınamırıq, amma aydın şəkildə formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir".

Qeyd edək ki, ötən il dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya təmsilçilərinə Paris-2024-də neytral statusda iştirak etməyə icazə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM