satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" Premyer Liqada rekordunu təkrarlayıb

"Qarabağ" Premyer Liqada rekordunu təkrarlayıb

"Qarabağ" Azərbaycan Premyer Liqasında rekordunu təkrarlayıb.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna XXXIV turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.

"Köhlən atlar" çempionatda 2023/2024 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.

Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM