satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub

"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olan "Qarabağ"ın qızıl medalları XXXVI turun oyunundan sonra təqdim olunacaq.

Naxçıvan televiziyası "Report"a istinadən xəbər verir ki, təltifetmə mərasimi "Azərsun Arena"da baş tutacaq.

Cari mövsümün son turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək "köhlən atlar" matçdan sonra qızıl medal və kubokla mükafatlandırılacaq.

Naxçıvan təmsilçisi ev sahibi olsa da, qarşılaşma Ağdam klubunun stadionunda keçiriləcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Qarabağ" görüşü mayın 26-da reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM