satellite   Azerspace-1: 11135 H 30000

Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Dünya reytinqi: Azərbaycan cüdoçularının yeni mövqeyi bəlli olub

Beynəlxalq Cüdo Federasiyası dünya reytinq cədvəlini yeniləyib.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.

Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderliyini qoruyub. Onun aktivində 6798 xal var.

Digər kişi cüdoçulardan Balabəy Ağayev (60 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kiloqram) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar.

Qadın cüdoçulardan isə ən yaxşı nəticə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyevaya (52 kiloqram) məxsusdur – 16-cı yer. Açelya Toprak (57 kiloqram) isə 23-cü sırada yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM