satellite   Azerspace-1: 11135 H 30000

Ter Ştegen "Barselona"da ən çox oyun keçirən ikinci qapıçı olub

Ter Ştegen "Barselona"da ən çox oyun keçirən ikinci qapıçı olub

Mark-Andre ter Ştegen İspaniyanın “Barselona” klubunda ən çox oyun keçirən ikinci qapıçı olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu, La Liqanın 35-ci turunun “Barselona” - “Real Sosyedad” matçında gerçəkləşib.

Ter Ştegen Kataloniya təmsilçisinin heyətində 410-cu oyununu keçirib. O, bu nəticə ilə komandanın keçmiş qapıçısı Andoni Subisarretanı geridə qoyub. “Barselona”da ən çox oyun keçirən qapıçı ünvanı hələ ki Viktor Valdesə (535) məxsusdur.

"Barselona"nın əcnəbi futbolçuları arasında ən çox oyun keçirən isə Lionel Messidir (778).

Qeyd edək ki, “Barselona” - “Real Sosyedad matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM