satellite   Azerspace-1: 11135 H 30000

Robert Levandovski "Qızıl top" mükafatını ala bilər

Robert Levandovski "Qızıl top" mükafatını ala bilər

Fransanın "France Football" jurnalı İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovskiyə 2020-ci il üçün "Qızıl top" mükafatını təqdim etməyi düşünür.

Naxçıvan televiziyası "Diario Sport"a istinadən xəbər verir ki, nəşrin rəhbərliyi ictimaiyyət qarşısında nüfuzunu itirməmək üçün bu addımı atmaq imkanını nəzərdən keçirir.

Qeyd edək ki, 1956-cı ildən təqdim edilən "Qızıl top" 2020-ci ildə verilməyib. Buna koronavirus pandemiyası səbəb olub. Həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vuraraq fenomenal mövsüm keçirib. Polşalı forvard bu titul üçün əsas iddiaçı hesab edilib. Növbəti il ​​o, yenidən mükafat uğrunda ciddi mübarizə aparsa da, səsvermədə Lionel Messiyə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM