satellite   Azerspace-1: 11135 H 30000

Fransada Olimpiya məşəlinin estafetinə çoxsaylı müdaxilə cəhdlərinin qarşısı alınıb

Fransada Olimpiya məşəlinin estafetinə çoxsaylı müdaxilə cəhdlərinin qarşısı alınıb

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Olimpiya məşəlinin estafetinə 32 müdaxilə cəhdinin qarşısını alıblar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri (DİN) Jerald Dermanen “X” sosial şəbəkəsində paylaşım edib.

“Estafeti pozmaq üçün edilən 32 müdaxilə cəhdinin qarşısı alınıb, 20 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Biz təhlükəsizliyi təmin etmək üçün səy göstərməyə davam edəcəyik”,- paylaşımda qeyd edilib.

Məlumata görə, Olimpiya məşəli mayın 8-də Marsel şəhərinə çatdırılıb.

Qeyd edək ki, marafon ölkə boyu, iki aydan çox davam edəcək və iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM