İngiltərənin "Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Naxçıvan televiziyası mersisaydlıların rəsmi saytına istinadən xəbər verir ki, Arne Slot iyunun 1-dən etibarən komandaya rəhbərlik edəcək.
45 yaşlı mütəxəssis sonuncu iş yeri olan Niderlandın "Feyenoord" klubundan ayrılacaq.
Qeyd edək ki, daha əvvəl "Liverpul"un hazırkı baş məşqçisi Yurqen Klop rəsmən klubdan ayrılacağını bildirmişdi.
