satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionu olan məşhur futbolçu karyerasını başa vurur

Dünya çempionu olan məşhur futbolçu karyerasını başa vurur

İspaniyanın "Real" klubunun və Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını başa vurur.

Naxçıvan televiziyası xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə instaqram hesabında bildirib.

Təcrübəli oyunçu ölkəsindəki Avropa çempionatından sonra futbolla vidalaşacağını vurğulayıb.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən Madrid klubunda çıxış edir. 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi olan futbolçu "Kral klubu" ilə 21 titul qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM