satellite   Azerspace-1: 11135 H 30000

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Dünya futbol tarixində ən uzun penaltilər seriyası qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu, İsrail çempionatında “Dimona” və “Şimşon Təl-Əviv” komandaları arasında II Liqaya vəsiqə uğrunda pley-off oyununda baş verib.

Komandalar penaltilər seriyası zamanı qalib müəyyənləşənədək ümumilikdə 56 zərbə yerinə yetiriblər. Yekunda meydan sahibləri daha dəqiq olublar – 23:22.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunda qeydə alınıb. “Palas” və “Siviks” klublarının görüşündə qalib 48 penalti zərbəsindən sonra bəlli olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM