satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın millisinin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb

Azərbaycanın millisinin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Naxçıvan televiziyası AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək

31 may

21:00. Türkiyə - Azərbaycan

Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).

Ərzincan, 13 Şubat stadionu.

4 iyun

19:00. Azərbaycan - Türkiyə

Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).

Bakı, "Dalğa Arena" stadionu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM