satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

UEFA Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunun final matçı "Beşiktaş" klubunun ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM