AVRO-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazanıb, Niderland üçüncü olub

AVRO-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazanıb, Niderland üçüncü olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, Niderland millisi Avstriya ilə üz-üzə gəlib.

Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.

Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib - 1:1.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.

 

D qrupu

 

1. Avstriya 3 2 0 1 6-4 6

 

2. Fransa 3 1 2 0 2-1 5

 

3. Niderland 3 1 1 1 4-4 4

 

4. Polşa 3 0 1 2 3 3:6 1

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM