AVRO-2024: Belçika E qrupunu ikinci tamamlayıb

AVRO-2024: Belçika E qrupunu ikinci tamamlayıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Ukrayna - Belçika görüşü başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Ştutqartdakl "MHP Arena"da keçirilən matçda hesab açılmayıb.

Bu nəticədən sonra hər iki komanda xallarının sayını 4-ə çatdırsa da, top fərqində üstün olan Belçika qrupu ikinci sırada tamamlayaraq 1/8 finala vəsiqə qazanıb.

Belçikanın növbəti mərhələdəki rəqibi Fransa olacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM