AVRO-2024: Türkiyə Çexiyanı məğlub edərək 1/8 final mərhələsinə yüksəlib

AVRO-2024: Türkiyə Çexiyanı məğlub edərək 1/8 final mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.

NUHÇIXAN xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.

Oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb.

Qarşılaşmanın 66-cı dəqiqəsində Tomaş Souçek tarazlığı bərpa edib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.

Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM