“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

İki gün öncə İspaniya "Real Madrid"i ilə yollarını ayıran Naço Fernandes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Kadisiya” ilə müqavilə bağlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ərəb klubuna azad agent kimi keçən oyunçu ilə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Karyerası ərzində yalnız “Real Madrid”də çıxış etmiş müdafiəçi “kral klubu”nun tarixində ən çox titul (26) qazanan futbolçudur. İspaniya millisinin üzvü həm də UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.

Qeyd edək ki, Naço Fernandes “Real Madrid”də keçirdiyi 364 rəsmi oyunda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM