AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.

Almaniyalı futbolçu həmçinin AVRO-2016-dakı rekordunu (323) yeniləyib.

Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.

İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM