satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı Avropa çempionatında təmsil edəcək stolüstü tennisçilər məlum olub

Azərbaycanı Avropa çempionatında təmsil edəcək stolüstü tennisçilər məlum olub

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında təmsil edəcək yeniyetmələrdən ibarət yığmanın heyəti müəyyənləşib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, turnirdə 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov isə qitə çempionatının oyunlarını idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-21-də İsveçin Malmö şəhərində təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM