satellite   Azerspace-1: 11135 H 30000

Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Naxçıvan televiziyası AFP-yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM