satellite   Azerspace-1: 11135 H 30000

UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub

UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan Azərbaycan millisi rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.

Rəqibin heyətində Viktor Dyekereş 80-ci dəqiqədə penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM