satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçirəcək

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçirəcək

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, kişilərdən ibarət yığma II turda Finlandiya ilə qarşılaşacaq.

Qadınlardan ibarət millimiz isə Avstraliyanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM