satellite   Azerspace-1: 11135 H 30000

Neymar ilin sonuna qədər Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək

Neymar ilin sonuna qədər Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya yığmasının hücumçusu Neymar ilin sonuna kimi çempionatda oynaya bilməyəcək.

Naxçıvan televiziyası "Marca"ya istinadən xəbər verir ki, klub braziliyalı oyunçunu heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanı Pro Liqası üçün növbəti qeydiyyat 2025-ci ilin yanvarında başlayacaq. 2023-cü ilin oktyabrında zədələnən Neymarın noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-cü ilin yayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna transfer olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM