satellite   Azerspace-1: 11135 H 30000

"Real" klubunun futbolçusu zədələnib

"Real" klubunun futbolçusu zədələnib

İspaniyanın "Real" klubunun futbolçusu Brahim Dias zədələnib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) sağ budundan zədələnib. Bu səbəbdən o, matçın 25-ci dəqiqəsində Rodriqo ilə əvəzlənib.

"Marca"nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi üç ay çəkə bilər.

Qeyd edək ki, B.Dias cari mövsümdə İspaniya çempionatında meydana çıxdığı 5 matçda 1 qol vurub və məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM