satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasında çıxış edən üç klub cərimələnib

Azərbaycan Premyer Liqasında çıxış edən üç klub cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.

Naxçıvan televiziyası xəbər verir ki, "Araz-Naxçıvan" VI turda "Kəpəz"ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

"Şamaxı" 700 manat ziyana düşüb. Buna bölgə təmsilçisinin "Sumqayıt"ı məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

"Sumqayıt" isə oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM