satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə klubunun futbolçusu millidən kənarlaşdırılıb

İngiltərə klubunun futbolçusu millidən kənarlaşdırılıb

Bosniya və Herseqovina millisinin və İngiltərənin “Şeffild Yunayted” komandasının futbolçusu Anel Ahmedhodziç yığmadan kənarlaşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, daha əvvəl müvəqqəti olaraq millidə oynamaqdan imtina edən 26 yaşlı müdafiəçi yığmanın həkimlərini tənqid etdiyi üçün diskvalifikasiya olunub.

Milli komandanın texniki direktoru, sabiq futbolçu Emir Spahiç də futbolçunun bu hərəkətini pisləyib.

Qeyd edək ki, Anel Ahmedhodziç Bosniya və Herseqovina millisinin heyətində 24 matçda 1 qolla yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM