UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, maraqlı görüşlərdən biri İtaliyada keçiriləcək.

Avropa Liqasının son qalibi "Atalanta" doğma meydanda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. İspaniyanın "Barselona" klubu isə Fransada "Monako"nun qonağı olacaq. İspaniyanın digər komandası "Atletik" doğma meydanda Almaniya təmsilçisi "Leyptsiq"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

19 sentyabr

20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)
20:45. "Feyenoord" (Niderland) - "Bayer 04" (Almaniya)
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletik" (İspaniya) - "Leypitsiq" (Almaniya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
23:00. "Brest" (Fransa) - "Şturm (Avstriya)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM