Cessi Linqard 128 avro cərimələnib

Cessi Linqard 128 avro cərimələnib

Cənubi Koreyanın "Seul" klubunun yarımmüdafiəçisi Cessi Linqard 128 avro cərimələnib.

NUHÇIXAN "RMC Sport"a istinadən xəbər verir ki, buna futbolçunun lisenziyasız elektrikli skuter idarə etməsi səbəb olub.

Cənubi Koreyada mövcud qanunvericiliyə görə elektrik skuter idarə etmək istəyənlər buna icazə verən lisenziyaya sahib olmalıdırlar. 31 yaşlı futbolçu ötən ilin sentyabrında da cərimələnmişdi. O, sərxoş maşın sürdüyü üçün Böyük Britaniyada 18 ay sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, C.Linqard bu ilin fevralından Cənubi Koreya təmsilçisinin formasını geyinir. O, "Seul" komandasında meydana çıxdığı 18 matçda 4 qola imza atıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM