satellite   Azerspace-1: 11135 H 30000

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib

İtaliya A Seriyasının 5-ci turunda "İnter" və "Milan" arasında oyun baş tutub.

Naxçıvan televiziyası xəbər verir ki, komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.

Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. "Milan" 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i yenib.

Belə ki, 10-cu dəqiqədə "Milan"ın hücumçusu Kristian Pulişiç fərqlənib. 28-ci dəqiqədə "İnter"in müdafiəçisi Federico Dimarko Lautaro Martinesin ötürməsindən sonra hesabı bərabərləşdirib. 89-cu dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia Teyani Reyndersin ötürməsindən sonra topu tora göndərib.

Bu qələbədən sonra "Milan" səkkiz xal toplayaraq A Seriyasının turnir cədvəlində altıncı yerdə qərarlaşıb. "İnter"in də aktivində səkkiz xal var və yeddinci yerdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM