satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi cərimələnib

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi cərimələnib

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olmuş Xorvatiyanın "Dinamo" klubunu 50000 avro cərimələyib.

Naxçıvan televiziyası-ın məlumatına görə, buna Zaqreb təmsilçisinin evdə Azərbaycan komandasına qarşı keçirdiyi pley-off mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

Meydan sahibləri "ictimai keçidlərin bağlanması"na görə 26000 avro ödəməli olacaq. "Dinamo" pirotexniki vasitələrdən istifadəyə görə isə 24000 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma Xorvatiya çempionunun qələbəsi ilə bitib - 3:0. Bakıda da qalib gələn zaqreblilər (2:0) Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM